Ermənistan MN xəstə əsgərinin əməliyyatından imtina etdi

2018/01/12_1517069993.jpg
Oxunub: 2613     00:15     28 Yanvar 2018    
Xəstə erməni əsgərinin anası 26 dekabr 2017-ci ildə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinə müraciət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, səhhətində olan problemlərə baxmayaraq hərbi xidmətə çağırılan erməni əsgəri (A.B) hərbi xidmətdən bir neçə ay sonra Vanadzor ofisinin dəstəyi ilə tibbi müayinəyə cəlb edilib.

Məlumata görə, erməni əsgəri 2017-ci ilin iyul ayında əllərində olan mövcud xallara baxmayaraq hərbi xidmətə çağırılıb. Həkimlərin rəyinə görə, həmin xallar zədələndiyi halda həyatına təhlükə törədə bilərdi. Buna baxmayaraq, həkimlər onu hərbi xidmətə yararlı hesab ediblər .

Xidmət ərzində, xüsusən də silahla davranış zamanı həmin xallar ona problemlər yaradıb. Dəfələrlə qan axması olsa da, ona tibb məntəqəsində yalnız sarğı qoymaqla kifayətləniblər.

Digər tibbi müayinələrin aparılmasından daim yayınıblar. Nəticədə hər zaman olduğu kimi Ermənistan Müdafiə Nazirliyini öz əsgərinə sahib çıxmayıb. Erməni əsgər anasının müraciətlərinə əsasən, əsgər Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin dəstəyi ilə əməliyyat edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Erməni-əsgəri  


Bizi "telegram"da izləyin