Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə keçirilən mətbuat konfransında erməni hüquq müdafiəçisi Janna Aleksanyan bildirib.
O bildirib ki, "Facebook" sosial şəbəkəsində 8 gün xidmət edən erməni hərbi qulluqçunun özünü pəncərədən atması və müdafiə nazirliyinin bunu təsdiq etməsindən sonra dərhal həmin ailəyə getdik.
"Biz çatanadək iqtidaryönlü qəzetlər hərbi qulluqçunun xidmət etmək istəmədiyinə dair məlumatlar yaymağa başladılar. Mətbuatda yayılan məlumatların müdafiə nazirliyi tərəfindən təşkil edildiyinə əminəm. Lakin biz onun ailəsində tam əksini gördük. Qoy ictimai müzakirələr təşkil etsinlər və 8 gün xidmət edən çağırışçını belə bir addım atmağa nə vadar etdiyi müəyyən edilsin. Bu ordu daxilində cəzasızlığın hökm sürdüyünü bir daha sübut edir", - deyə erməni hüquq müdafiəçisi bildirib.
Alpər Mövludoğlu
Ordu.az