"Müdafiə Nazirliyinin "Mənəm" layihəsində ayrı-seçkilik var" - Artur Sakunts

2018/01/454154512541_1516985666.jpg
Oxunub: 1650     00:52     27 Yanvar 2018    
"Hərbi xidmət haqqında yeni qanunla tənzimlənən “Mənəm” konsepsiyasında ayrı-seçkilik yanaşması var".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər ki, bu barədə keçirdiyi mətbuat konfransında Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.

"Bu konsepsiyada deyilir ki, yalnız döyüş növbətçiliyi mövqelərində hərbi xidmət keçidiyiniz halda sizə pul veriləcək. "1000 dram" fondunun qanunsuz olduğuna və ayrı-seçkilik münasibətinə dair məhkəmə işi davam edir. Fondun vəsaiti yalnız döyüş növbətçiliyi zamanı ölən və yaralılara aid edilir, bəs qalan hərbi qulluqçular necə olacaq?", - deyə hüquq müdafiəçisi Artur Sakunts layihəyə öz etirazını bildirib.

Mətbuat konfransı zamanı jurnalistlərdən biri nizamnamədən kənar və qaydaların pozulması nəticəsində yaralı və ölənlərə də pul verildiyini desə də, Artur Sakunts əsəbi şəkildə bunun da yalan olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müdafiə-Nazirliyi   Vanadzor  


Bizi "telegram"da izləyin