Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Ermənistanda hərbi Ombudsman institutunun yaradılması təklif olunsa da, bu təklif qəbul olunmayıb.
"Tibbi müayinə zamanı “görüm-baxım institutu” mövcuddur, nizamnamə çərçivəsində qarşılıqlı münasibətlərin pozulmasına görə şikayətetmə mexanizmi yoxdur", - deyə o bildirib.
Sakunts qeyd edib ki, Ermənistan müdafiə nazirliyi Avropa şurası ekspertlər qrupu tərəfindən səsləndirilən narahatlıqlara qeyri-səmimi yanaşır.
Alpər Mövludoğlu
Ordu.az