Ordu.az Sputnik-georgia.ru saytına istinadən xəbər verir ki, bu barədə gürcüstanlı Qafqaz məsələləri üzrə hərbi ekspert Mamuka Areşidze bəyan edib.
“Prinsip etibarilə bu məsələdə məntiq var. Birincisi, gənclərin daima hərbi xidmətə hazırlığı aparılacaq və bu, özlüyündə təqdirəlayiq addımdır. Həmçinin gənclər maddi baxımdan bu məsələyə daha ciddi yanaşacaqlar, xüsusən də, yarımhərbi ixtisaslar üzrə ixtisaslaşan gənclər”, - deyə Areşidze bildirib.
Qeyd edək ki, Gürcüstan rəhbərliyi ölkənin Müdafiə Nazirliyi tərəfindən hazıranan hərbi rezerv konsepsiyasını dünən təsdiq edib. Sənədə əsasən Gürcüstanda iki növ – aktiv və mobilləşdirilmiş rezerv yaradılacaq.
Ağalar Qəribov
Ordu.az