102-ci hərbi bazanın hərbçiləri "Alagöz"də təlim keçiblər

2018/01/920192231_1516903220.jpg
Oxunub: 3410     01:58     26 Yanvar 2018    
Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi qulluqçuları təlimlər keçirib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi qulluqçuları taktiki təlimlər çərçivəsində dağlarda yerləşən “Alağöz” təlim sahəsində şərti düşmənin hədəflərini məhv ediblər.

Motoatıcı bölmələrin çöl çıxışları çərçivəsində təlimlər davam edir. 2000 metr dəniz səviyyəsindən yüksəklikdə, ekstremal şəraitdə hərbi qulluqçular silahlardan, döyüş maşınlarından və tanklardan atış bacarıqlarını yoxlayır və təkmilləşdirirlər. Hərbi qulluqçular döyüş maşınlarını sürmə vərdişlərini artırırlar.

Praktiki məşğələlərə 500-dək hərbi qulluqçu və 100-dən artıq hərbi texnika cəlb edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Təlimlər  


Bizi "telegram"da izləyin