Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan vətəndaşı, haqqında açılmış cinayət işi çəçivəsində Rusiyadan ekstradisiya olunarkən “Zvartnots” hava limanında polis tərəfindən zorakılığa məruz qaldığı və döyüldüyünü bildirib.
Polislərin vəzifə səlhiyyətini aşma maddəsi ilə cinayət işi qaldırılıb.
Başqa bir erməni vətəndaşı isə istintaq orqanına şikayət edərək bildirib ki, onun barəsindəki cinayət işi çərçivəsində aparılan ilkin araşdırma zamanı Ermənistan müdafiə nazirliyinin hərbi polis əməkdaşları onu qanunsuz olaraq 3 gün Qafan hərbi polisinin növbətçi hissəsində saxlayıblar.
Eyni qaydada müvafiq maddə ilə hərbi polis əməkdaşlarına qarşı cinayət işi açılıb. Araşdırma materialları Ermənistan prokurorluğuna göndərilib.
Alpər Mövludoğlu
Ordu.az