Ermənistan Təhlükəsizlik Şurasının tərkibində dəyişiklik olacaq

2018/01/ED3E750A-AFD0-4DC0-973E-7F710DFF17C7_cx0_cy10_cw0_w1023_r1_s34534_1516882640.jpg
Oxunub: 4135     20:22     25 Yanvar 2018    
Ermənistan hökümətinin bu gün keçirilən iclasında ədliyyə naziri Davit Harutyunyan “Təhlükəsizlik şurasının təşkili və fəaliyyəti haqqında” qanun layihəsini təqdim edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, daha öncə təhlükəsilik şurası Ermənistanda prezident üçün məsləhətləşmə orqanı idi. Yeni konstitutsiya konsepsiyasına görə, təhlükəsizlik şurası baş nazirin rəhbərlik etdiyi dövlət orqanı hesab olunur.

Konstitutsiyada bu orqanın fəaliyyət missiyası, müdafiə sahəsində siyasətin əsas istiqamətlərini müəyyənləşdirir.

Harutyunyanın sözlərinə görə, Ermənistan təhlükəsizlik şurasının tərkibində də dəyişikliklər nəzərdə tutulub. Yeni tərkibə təhlükəsizlik şurasına rəhbərlik edən baş nazir, baş nazir müavinləri, müdafiə naziri, baş qərargah rəisi, xarici işlər naziri, təhlükəsizlik şurasının katibi, milli təhlükəsizlik xidmətinin rəisi, polis rəisi daxil olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Təhlükəsizlik-şurası  


Bizi "telegram"da izləyin