Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər Gürcüstan və Ermənistan arasında hərbi əməkdaşlıq proqramı ilə nəzərdə tutulmuş tədbirlərin icrasına dair müzakirələr aparıblar.
Gürcüstan müdafiə naziri Ermənistan tərəfinin keçən il keçirilən "Noble Partner" təlimində iştirakına görə minnətdarlıq edib və bu il keçiriləcək təlimlərə dəvət edib.
Görüş çərçivəsində, Gürcüstan müdafiə naziri Levan İzoriya bu il Ermənistana səfərinin nəzərdə tutulduğunu qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az