Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Gorus rayon rəhbərliyi keçən ilin sonlarında işğal altında olan Qarabağdakı qondarma qurumun qanunsuz hərbi birləşmələrinin cəbhə xəttində döyüş növbətçiliyi aparan bölmələrinin şəxsi heyətinin ərzaq təminatını yaxşılaşdırmaq üçün 800 min dram vəsait ayırırb.
Bu vəsait hesabına hansı ərzaq təminatının, kimin təşəbbüsü və hansı tədbir çərçivəsində həyata keçirildiyi açıqlanmır.
Gorus rayonunun 26 yaşlı başçısı Aruş Aruşanyan hakim respublikaçılar partiyasının nümayəndəsidir. Məlumata görə, Aruşanyan hərbi xidmət keçməyib. Ermənistanda hərbi xidmətin son yaş həddinin 27 yaş olduğunu nəzərə alarsaq, Aruşanyanın hərbi xidmət keçmək niyyətində olmadığı aydın olar. Çünki cari ilin 12 mart tarixində onun 27 yaşı tamam olur.
Alpər Mövludoğlu
Ordu.az