Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 4 gün öncə İrəvan radio evinin qarşısında yerləşən “Bella İtalia” restoranında iki general-polkovnik gizli görüş keçirib.
Söhbət Ermənistan ordusunun baş qərargah rəisi general-polkovnik Movses Hakopyan və keçmiş müdafiə naziri general polkovnik Seyran Ohanyandan gedir.
Şahidlərin sözlərinə görə, onlar 3 saatdan artıq söhbət ediblər. Görüşün təfərrüatları açıqlanmayıb.
Alpər Mövludoğlu
Ordu.az