Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.
Uçuşları yerinə yetirərkən dağlıq ərazidə mürəkkəb iqlim şəraitində müxtəlif hündürlüklərdə mürəkkəb və asan idaretmə elementlərini məşq ediblər.
Fərdi və döyüş cütlükləri tərkibində MİQ-29 qırıcılarının heyəti şərti düşmənin HHM sisteminin dəf edilməsi, aviasiya raketlərinin elektron tətbiqi yolu ilə daha əhəmiyyətli hədəflərinin məhv edilməsi əməliyyatlarını sınaqdan keçiriblər.
Təlim uçuşlarında 100-dən artıq hərbi qulluqçu, 20-dək təyyarə cəlb edilib. Cari ildə MİQ-29 pilotları müxtəlif təlimlər çərçivəsində 1000-dən artıq təlim və təlim döyüş uçuşları keçiriblər.
Alpər Mövludoğlu
Ordu.az