Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunan komplekslər və cihazlar qanunsuz olaraq Azərbaycanın işğal altında olan ərazilərində yerləşdirilib.
Məlumatda, qanunsuz tədbirlərin Ermənistan müdafiə nazirliyinin 2017-ci ildə prioritet məsələləri çərçivəsində həyata keçirilməsi bildirilsə də, düşmənin aprel döyüşlərindən sonra bənzər qanunsuz tədbirləri görməsi şübhəsizdir.
Rəsmi Bakı dəfələrlə Ermənistanın işğal altında olan Qarabağda apardığı istənilən qanunsuz hərbi fəaliyyətinin təxribat xarakterli olduğunu və danışıqlar prosesini ləngitməyə istiqamətləndiyini bəyan edib.
Alpər Mövludoğlu
Ordu.az