Ermənistan MN əlil gəncləri orduya çağırır - Daha bir ETİRAZ

2018/01/received_2458687884357365_1516725098.jpeg
Oxunub: 270     20:21     23 Yanvar 2018    
Ermənistanda Papoyanlar ailəsində yeganə iş qabiliyyətli şəxs 18 yaşlı Ruben Papoyan 29 yanvar 2018-ci il tarixdə hərbi xidmətə çağırlıb.

Ordu.az erməni KİV-lərinə istindən xəbər verir ki, erməni əsgərin anası oğlunun hərbi xidmətə aparılmaması üçün Ermənistan müdafiə nazirliyinə etiraz edib.

Məlumata görə, anası və xalası əlil olan Rubenin özü də avtomobil qəzası nəticəsində ayağından zədələnib. Hazırda həkimlərin dediyinə görə, ayağının biri digərindən 2,5 sm qısadır.

Komissarlıq keçirdiyi tibbi müayinədən sonra onun ayağının 2,5 sm yox, 1,8 sm qısa olduğu bildirib. Komissarlıqdan bu barədə heç bir sənəd təqdim olunmadan, onun hərbi xidmətə yararlı olduğu qeyd edilib.

Sosial vəziyyətləri ağır olan Papoyanlar ailəsi təmirsiz və heç bir şəraiti olmayan mənzildə yaşadıqlarını qeyd edirlər. Ailədə 2 xəstə qadının və nənəsinin yeganə qazanc mənbəyi olan Ruben, tikinti işlərində və bəzək əşyaları düzəldərək küçədə satmaqla məşğul olur.

Oğlunun hərbi xidmətə aparılmaması üçün anasının Ermənistan müdafiə nazirliyinə etdiyi müraciətlərə isə bir cavab verilməyib.

Alpər Mahmudoğlu

Teqlər: Erməni-ordusu   Papoyanlar  

Xəbər lenti

Ermənistan MN əlil gəncləri orduya çağırır - Daha bir ETİRAZ

2018/01/received_2458687884357365_1516725098.jpeg
Oxunub: 271     20:21     23 Yanvar 2018    