Bir əsgərə 700 dollar: Ermənistan ordusunda komandir-əsgər işbirliyi

2018/01/345345345_15166195193456_1516705553.jpg
Oxunub: 702     15:03     23 Yanvar 2018    
Ermənistanda 700 dollar rüşvət alan komandirin işi istintaq orqanına göndərilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin hərbi hissələrindən birinin tabor komandiri tərəfindən külli miqdarda rüşvət alınması, ona rüşvət verilməsi və Ermənistan müdafiə nazirliyinin zabiti tərəfindən rüşvətə vasitəçilik etmə hallarına görə qaldırılmış cinayət işinin müəyyən detalları məlum olub.

Cinayət işi 31 may 2017-ci ildə istintaq komitəsinin hərbi istintaq baş idarəsinin xüsusi əhəmiyyətli işlər üzrə istintaq idarəsi tərəfindən açılıb.

İttihama görə, ər-arvad olan cütlük hərbi xidmətdə olan övladını taborun daha kiçik bölməsinə yerləşdirmək üçün müdafiə nazirliyinin zabitinin vasitəsilə 336,392 erməni dramına müvafiq olan 700 dollar tabor komandirinə rüşvət veriblər. Bu rüşvət müqabilində valideynlər xidmətdə olan övladının öncədən müəyyən edilən bölməyə təyin edilməsinə nail olublar.

Rüşvət almaqla vəzifə səlahiyyətindən sui-istifadə edən zabitlərin xidməti vəzifə borclarını yerinə yetirməsi müvvəqqəti dayandırılıb.

İstintaq tədbirləri nəticəsində məlum olub ki, xüsusi dövlət xidməti həyata keçirən vəzifəli şəxs tərəfindən istintaqa mane olma cəhdləri haqqında məlumat əldə edilib. Bu məlumatdan sonra cinayət işi hərbi prokurorluğun icraatından alınaraq, əlavə və hərtərəfli istintaq aparılması üçün 19 yanvar 2017-ci ildə xüsusi istintaq xidmətinin icraatına verilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Rüşvət  

Xəbər lenti

Bir əsgərə 700 dollar: Ermənistan ordusunda komandir-əsgər işbirliyi

2018/01/345345345_15166195193456_1516705553.jpg
Oxunub: 703     15:03     23 Yanvar 2018    