Ordu.az CNN teleşirkətinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Viktor Leonov” beynəlxalq sulardadır. O, Şimali Karolina ştatının cənub-şərqindən 160 kilometr yaxınlıqdan keçib.
CNN-in məlumatına görə, gəmi bir neçə gün öncə Trinidad və Tobaqo dövlətinin payataxtı Port op Speini tərk edərək şimal istiqamətinə doğru yön alıb.
Son dəfə “Viktor Leonov” ABŞ-ın şərq sahillərindən ötən ilin martında görüntülənib.
Ağalar Qəribov
Ordu.az