Oleq Starikov: “Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş ordularından birinə çevriləcək”

2018/01/383629_900_1516602496345_1516633661.jpg
Oxunub: 1417     19:05     22 Yanvar 2018    
2017-ci ildə “Luç” konstruktor bürosu Azərbaycanı 50 ədəd RK-2S (kumilyativ tandemli) və RK-20F (qəlpəli fuqas) tipli “Skif” tank əleyhinə raket kompleksi TƏRS) ilə təchiz edib. “İnformasiya mübarizəsi – Cənub” qrupunun analitiki Aleksandr Kovolenko (“Qəzəbli odessalı” bloqeri) bu barədə özünün “Life” jurnalındakı bloqunda yazıb.

““Skif” tank əleyhinə raket kompleksi “Luç” konstruktor bürosu və Minskin “Pelenq” ASC şirkətinin birgə məhsuludur, Ukrayna tərəfi raketin özünün hazırlanmasına cavabdeh idi, belaruslar isə “PN-S” tuşlama qurğusunu hazırlamalı idilər. Qeyd etmək lazımdır ki, “Stuqna-P” məhz “Skif”in inkişaf etmiş versiyası oldu.

KİV-lərdə bəhs edilməyən yetərincə maraqlı məqam isə budur ki, deyəsən, bu təchizat barədə açıqlama verilməyib. Necə olsa da, hazırda Dağlıq Qarabağda münaqişə davam edir və əlavə tank əlayhinə raket kompleksi artıq olmur. Bir raket Azərbaycana 48 min dollara başa gəlib”, - deyə bloqer bildirib.

Ümumiyyətlə, “Skif” tank əleyhinə raket kompleksinin xüsusiyyəti, onun Ukrayna ordusunun silahlanmasına olub-olmaması və bir çox digər məsələlər barədə ukraynalı hərbi ekspert Oleq Starikov Ordu.az-a danışıb.

“Ukrayna Silahlı Qüvvələrinin silahlanmasında “Skif” tank əleyhinə raket kompleksi yoxdur. Lakin artıq Ukrayna SQ-nin silahlanmasında “Stuqna-P” kompleksi var və o, “Skif”in analoqudur, lakin bütövlükdə Ukrayna istehsalıdır. Həmçinin “Faqot” (99K111) TƏRS var və onun atəş məsafəsi 9M111 və 9M11-2 raketləri ilə 70-2000 metr, 9M111M raketləri ilə 75-2500 metr, 9M113 raketləri ilə 75-3000 metr təşkil edir. Atış sürəti dəqiqədə 3 atışa bərabərdir. Zireh dəlmə qabiliyyəti 400 millimetr (60 dərəcəli bucaq altında və 9M113 raketləri ilə 300 millimetrədək) təşkil edir və onlar Sovet ordusundan qalıb, hazırda isə silahlanmaya “Korsar” TƏRS – “Korsar” raket kompleksi qəbul edilib. Ukrayna Silahlı Qüvvələri silahlanmaya yüngül və daşınan “Korsar” raket komplekslərini qəbul ediblər, bu komplekslər “Luç” Kiyev Dövlət Konstrutkor Bürosu tərəfindən istehsal olunur. “Korsar” 2,5 kilometr (Amerikanın analoji FGM-148 “Javelin” TƏRS-inin atəş məsafəsi də bu qədərdir) məsafədə yerləşən hədəflərə atəş açmağa imkan verir, son dövrlərdə istehsal olunan raketlər isə lazer şüasının köməkliyi ilə realizə edilir. Bununla belə, əmrlər idaretmə kanalının gizlədilməsi məqsədilə aşağı elektrikli səviyyədə gəlir”, - deyə ekspert açıqlayıb.

Onun sözlərinə görə, bu kompleksin əsas üstünlüklərindən biri ölçüləridir. Ölçülər onu daşımağa və çiyində saxlamaqla əlavə vasitələrə ehtiyac duyulmadan atəş açmağa imkan yaradır.

“Lakin rahat şəkildə istifadə üçün öncədən hazırlıqlı olanlardan istifadə olunmalıdır. Həmçinin “Luç” Konstruktor bürosu “Korsar” üçün iki ədəd idarə olunan raket – JK-3K və JK-30F hazırlayıb. JK3K müasir hərəkətsiz zirehli maşınların və kombinə edilən, dağıdığılan və ya monolit zirehə, o cümlədən dinamik müdafiəyə malik hərəkət edən obyektlərin, həmçinin havadan asılı qalan helikopterlərin məhv edilməsi təyinatlı kumilyativ tandem döyüş hissəsi ilə təchiz olunub”, - deyə Starikov bildirib.

O həmçinin qeyd edib ki, bu raket 500 milimetrdən az olmayan dinamik müdafiə və zirehin vurulmamazlığını təmin edir. JK-30F isə nüvə zərbəsi endirməyə qadir qəlpəli-fuqas döyüş hissəsi ilə təchiz olunub və yüngül zirehli hədəflərin, uzunmüddətli atəş məntəqələrinin və canlı qüvvənin məhv edilməsi təyinatlıdır.

“Sınaqlar çərçivəsində 50 milimetr qalınlığında zirehli plitənin vurulmasına nail olunub. Kiçik ölçülərə və 4 kiloqram çəkiyə baxmayaraq o, raketin +/- 250 millimetr hüdudunda və 2,5 kilometr məsafədə yerləşən hədəfləri məhv edə bilir. Yəni “Korsar” hətta ən maksimal uzaqlıqda belə daimi atəşə nöqtəsini məhv edə bilir”, - deyə hərbi ekspert vurğulayıb.

Onun fikrincə, əgər Azərbaycan Ordusu daha sürətli templərlə NATO standartlarına keçsə, bu, onun müdafiə qəbiliyyətinin ciddi şəkildə artması ilə nəticələnəcək.

“Bilirəm ki, Azərbaycan Ordusu sürətlə inkişaf edir. O ən müasir İsrail və Türkiyə silahları ilə təchiz olunub, həmçinin Türkiyə və Pakistanla bir sıra hərbi ittifaqlar bağlanıb. Bütün bunlar öz keyfiyyətli nəticəsini göstərdi. Nümunə olaraq, 2016-cı ilin aprel döyüşlərini misal çəkə bilərik. Lakin bu istiqamətdə işləri davam etdirmək zəruridir. Ukrayna əsasən Ukrayna Milli Təhlükəsizlik Strategiyasına uyğun strateji müdafiə planlaşdırılmasına keçid etdi, strateji müdafiə bülleteni qəbul olunub və yerinə yetirilir. 2020-ci ilə Ukrayna Silahlı Qüvvələri NATO ilə operativ birgəliyə nail olmalıdır. Yetərincə zəngin iqtisadi potensiala malik Azərbaycan tərəfindən bu addımların həyata keçirilməsi sizin Orduya dünyanın ən inkişaf etmiş ordularından birinə çevrilməyə imkan verəcək”, - deyə Starikov fikrini yekunlaşdırıb.

Əkbər Həsənov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: Ukrayna-Azərbaycan   Skif  

Xəbər lenti

Oleq Starikov: “Azərbaycan Ordusu dünyanın ən inkişaf etmiş ordularından birinə çevriləcək”

2018/01/383629_900_1516602496345_1516633661.jpg
Oxunub: 1418     19:05     22 Yanvar 2018    