Ermənistanda hərbi komissar müavini 10 min dollar rüşvət aldı

2018/01/345345345_1516619519.jpg
Oxunub: 2217     19:10     22 Yanvar 2018    
Ermənistanda hərbi komissarlığın keçmiş rəisinin müavini saxlanılıb.

Ordu.az Aysor.am saytına istinadən xəbər verir ki, Erebuni hərbi komissarlığının keçmiş səfərbərlik şöbəsinin rəisi, komissarın keçmiş müavini Vardqes Hambarsumyan saxlanılıb.

Məlumata görə, Ermənistan müdafiə nazirliyinin keçmiş rəsmisi rüşvət alma niyyəti ilə 2017-ci il sentyabrın 11-də Arsen Vardanyandan 28 min dollar tələb edib. Eyni mənbəyə əsasən, oktyabrın 4-də Vardanyandan 4 milyon 783,800 dram dəyərində 10 min dollar alıb.

Ermənistan müdafiə nazirliyinin keçmiş vəzifəli şəxsinə qarşı cinayət işi başladılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Rüşvət  


Bizi "telegram"da izləyin