Özünü pəncərədən atan erməni əsgərinin son vəziyyəti

2018/01/3453453_1516617412.jpg
Oxunub: 1863     18:35     22 Yanvar 2018    
Daha öncə xəbər verdiyimiz kimi, yanvarın 20-də İrəvandakı Muratsan hərbi hospitalına son dərəcə ağır vəziyyətdə erməni əsgəri köçürülüb.

Erməni mətbuatı əsgərin özünü pəncərədən atdığını bildirdi. "Mən damarlarımı doğrayacam, amma xidmət etməyəcəyəm", - deyə erməni əsgəri etiraz edib.

Məlumata görə, erməni əsgər yanvarın 12-də orduya çağırılıb və Qarabağdakı qanunsuz hərbi birləşmələrin birində 8 gün xidmət edib.

Hospitaldan erməni KİV-lərinə verilən məlumata görə, hazırda əsgərin vəziyyəti sabitdir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Qarabağ   Dedovşina  


Bizi "telegram"da izləyin