Ordu.az-ın daha öncə xəbər verdiyi kimi, artıq məlum olduğu kimi gənc erməni çağırığçı ağır vəziyyətdə İrəvandakı Muratsan hərbi hospitalına yerləşdirilib. Ermənistan müdafiə nazirliyinin mətbuat katibi Arcrun Hovhanisyan feysbuk istifadəçisi Artur Minasyanın çağırışçı Ernest Hovhanissyanın bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə paylaşdığı məlumatı təsdiq edib.
“Buna səbəb yüksəklikdən yıxılmasıdır. Hadisənin baş verməsi hərbi hissədə hökm sürən, deyilməsi mümkün olmayan münaqişənin nəticəsidir. Hadisəni ört-basdır etmək cəhdləri var. İlk öncə KİV və hüquq müdafiəçilərinin diqqətini cəlb etməyə çağırılır. Müdafiə nazirliyinin mətbuat xidmətini şərh verməyə, məlumat yaymağı təklif edirəm”, - deyə Artur Minasyan yazmışdı.
Erməni mətbuatına məLum olub ki, hərbi qulluqçu özünü pəncərədən atmamışdan əvvəl məlumat verib: “Damarlarımı doğrayaram amma xidmət etmərəm”, - deyə o bildirib.
Əldə edilən məlumatlara görə çağırışçı 12 yanvar tarixində orduya aparılıb və artıq 8 gün idi ki, qondarma rejimin Qarabağdakı hərbi hissələrindən birində qulluq edirdi. Xidmətinin ilk günlərindən o, xidmət etmək istəmədiyi barədə məlumat verib. Bundan sonra hərbi qulluqçunun valideynləri hərbi hissəyə çağırılıb. Ancaq valideynləri gələnədək o özünü pəncərədən aşağı atıb. Dogurdanmı erməni çağırışçı özünü pəncərədən atıb? Ya hadisə hərbi hissə daxilində baş verən münaqişənin nəticəsində baş verib?
Alpər Mövludoğlu
Ordu.az