Ermənistandan növbəti təxribat: Qaymaqlı kəndi atəşə tutuldu

2018/01/Ermenistan-ordusu-Dagliq-Qarabagda-715x400345345_1509626026123_1516457604.jpg
Oxunub: 4327     20:55     20 Yanvar 2018    
Ermənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub.

Ordu.az APA-ya istinadən xəbər verir ki, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.

Müdafiə Nazirliyi faktı təsdiq edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Təxribat   Qazax  


Bizi "telegram"da izləyin