Şəhid əsgərimiz dəfn olundu

2018/01/sehidimiz19yanvar-(2)_1516388251_1516433147_3032869330.jpg
Oxunub: 2459     15:49     20 Yanvar 2018    
Azərbaycan Ordusunun ötən gün şəhid olan əsgəri 23 yaşlı İbrahim Möhsüm oğlu Mənəfov doğulduğu Neftçala rayonunun Bankə qəsəbəsində torpağa tapşırılıb.

Ordu.az-ın məlumatına görə, dəfn mərasimində Neftçala rayon İcra Hakimiyyətinin rəhbərliyi, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları iştirak ediblər.

Qeyd edək ki, İbrahim Mənəfov ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olub.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-ordusu   Şəhid  


Bizi "telegram"da izləyin