Ordu.az Unn.com.ua saytına istinadən xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
2018-ci maliyyə ili ərzində (2018-ci ilin aprelindən 2019-cu ilin aprelinədək) Aomori prefekturasında 10 ədəd F-35 döyüş növbətçiliyində olacaq. Hər qırıcının qiyməti Yaponiya hökuməti üçün 15 milyard yenə (228 milyon manat və ya 135 milyon dollar) başa gələcək.
Qeyd edək ki, Yaponiya Müdafiə Nazirliyi ümumilikdə 42 ədəd F-35 qırıcısı almağı planlaşdırır.
Ağalar Qəribov
Ordu.az