102-ci hərbi bazada aviatuşlayıcıların iştirakı ilə təlimlər keçirilir

2018/01/received_2455603407999146_1516385411.jpeg
Oxunub: 2628     02:08     20 Yanvar 2018    
Ermənistanda Rusiya ordusunun Cənub Hərbi Dairəsinin aviatuşlayıcılarının təlimi keçirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanda Rusiya hərbi bazasının aviatuşlayıcıları praktiki təlim zamanı döyüş qırıcılarının və hərbi aviasiyanın şərti düşmənin ən vacib obyektlərinə yönəldilməsi qaydalarını məşq edirlər.

Təlimlər dəniz səviyyəsindən 2 min metr yüksəklikdəki "Alagöz" təlim sahəsində keçirilir. Səhra şəraitində aviatuşlayıcılar yüksək dağ, həmçinin çətin meteoroloji şəraitdə yüksək və aşağı hündürlüklərdə uçan döyüş qırıcı və helikopterləri şərti düşmənin hərəkət marşrutlarını və koordinatlarını göstərməklə helikopter və zirehli texnikalara tuşlanmasını məşq edirlər.

Həmçinin, zabitlər aviasiyanın tək, qrup və cütlüklər halında motoatıcı, artilleriya, zenit raket bölmələri ilə qarşılıqlı əlaqədə olma bacarıqlarını təkmilləşdirirlər. Praktiki təlimlərdə ştatda olan və ştatdan kənar aviatuşlayıcılardan ibarət 30 hərbi qulluqçu, 50-dək hərbi aviasiya qırıcısı və aviasiya texnikası iştirak edir.

Alpər Mahmudoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   102-ci-baza   Hərbi-təlim  


Bizi "telegram"da izləyin