Ordu.az xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyində nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda bildirilib.
Qeyd olunub ki, hesabat dövründə nazirliyin müəssisələrində Müdafiə Sifarişi Proqramına müvafiq olaraq 126 mövzunu əhatə edən 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılıb.
Bildirilib ki, nazirliyin Elmi-Tədqiqat İnstitutunda 31 mövzu, o cümlədən, müdafiə təyinatlı məmulatların yaradılmsı işləri üzrə 15 mövzu üzrə elmi-tədqiqat və təcrübi-konstruktor işləri davam etdirilib. Milli Aerokosmik Agentliyi (MAKA) tərəfindən isə müxtəlif sahələri əhatə edən 34 mövzu üzrə, o cümlədən, 17 müdafiə təyinatlı məmulatların yaradılması işləri aparılıb.
Ordu.az