Ermənistan ordusu avtomobillərini hərraca çıxardı

2018/01/efd969131bee9cb13f75a66e336f686c_f197456456_1516266164.jpg
Oxunub: 3684     16:59     18 Yanvar 2018    
Erməni ordusunun istismarınan çıxarılmış avtomobillər hərrac yolu ilə satılır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan müdafiə nazirliyinin istismarından çıxarılan avtomobillər, onların ayrıca hissələri və qurğularının satışının təşkili üzrə hərrac keçiriləcək.

Hərrac Ermənistan müdafiə nazirliyinin hərbi qulluqçuların sosial müdafiəsi idarəsində 8 fevral 2018-ci il saat 11:00-da keçiriləcək.

Ermənistan müdafiə nazirliyi tərəfindən hərraca çıxarılan avtomobillərin siyahısında 2001-ci il istehsalı olan UAZ 31-512 markalı avtomobil 150 min dram dəyərində qiymətləndirilib. Ən bahalı ilkin satış qiyməti olan avtomobil "Suzuki Qrand Vitara" olmaqla 6 milyon 787 min 200 dram dəyərində qiymətləndirilib.

Hərraca çıxarılan avtomobillərin böyük əksəriyyəti sərnişin avtomobilləridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hərrac   UAZ  


Bizi "telegram"da izləyin