Erməni hərbçilər qəza törətdi - 2 mülki sakin öldü (FOTOLAR)
Oxunub: 2528
16:02
18 Yanvar 2018
Bu gün saat 09:28 radələrində Sisian-Şaki yolunda yol nəqliyyat hadisəsi baş verməsi barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, "VAZ 2107" markalı avtomobillə "Ural" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində VAZ 2107-də olan ata və oğul, Arşak Hovhanissyan və Martik Hovhanissyan ölüb, digər sərnişin Elmira Sarkisyan isə ağır bədən xəsarətləri ilə Sisian rayon tibb mərkəzinə təxliyyə edilib.
Məlumata görə, "Ural" markalı avtomobil hərbi qulluqçuları daşıyıb və Ermənistan müdafiə nazirliyinə məxsusdur.
Hərbçilər arasında xəsarət alanların olmadığı bildirilir.