Təxribata cəhd edən düşmən hərbçisi yaralandı

2018/01/image-1324234_1516259449.jpg
Oxunub: 3420     15:09     18 Yanvar 2018    
Təxribata cəhd edən düşmən hərbi qulluqçusu yaralanıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən saat 16:00 radələrində Tavuş vilayətinin Noyemberyan tibb mərkəzindən polis idarəsinə “sağ bud nahiyyəsinin 3/1 hissəsində odlu silah yarası” diaqnozu ilə erməni hərbi qulluqçusunun daxil olması barədə məlumat verilib.

Araşdırma nəticəsində məlum olub ki, Lori vilayət sakini 30 yaşlı Adibek Mikoyan həmin gün saat 13:00 radələrində Koti-Barekamavan yaşayış məntəqəsinin döyüş mövqelərindən təxribata cəhd edərkən yaralanıb.

Baş vermiş hadisə ilə əlaqədar cinayət işi qaldırılıb, araşdırma aparılır.

Qeyd edək ki, Ermənistanın xarici işlər nazirlərinin görüşü ərərfəsində dünən baş vermiş hadisəni bu gün işıqlandırması təxribat xarakteri daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-hərbçi   Yaralı   Təxribat  


Bizi "telegram"da izləyin