Erməni aktivistlər: “Rusiya sərhədçiləri Ermənistanın suverenliyini pozur”

2018/01/51484515451551_1516215305.jpg
Oxunub: 2176     02:59     18 Yanvar 2018    
Erməni aktivçilər dekabrın sonunda keçirilən dəyirmi masanın nəticələrinə əsasən İrəvana sərhəd mühafizə xidmətlərinin Rusiya Federal Təhlükəsizlik Xidmətindən alınaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (FTX) verilməsini tələb ediblər.

Ordu.az erməni lragir.am saytına istinadən xəbər verir ki, sənəddə 1992-ci ildə Rusiya və Ermənistan hökumətlərinin sərhəd qoşunlarının statusu barədə razılaşma imzaladığı göstərilir. Razılaşmaya uyğun olaraq, Ermənistanın Türkiyə və İranla sərhədlərinin müdafiəsi Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən qorunur. Bəyanatda qeyd edilir ki, bu, Qarabağ Müharibəsi illərində Ermənistan üçün vacib idi. Belə ki, “insan resurslarının bu vəzifədən azad edilərək başqa sahədə istifadəsinə imkan yaradırdı”.

Erməni aktivistlər Rusiyanın köməyi olmadan keçinə biləcəkləri qərarına gəliblər. Həmçinin aktivistlər İrəvanın ölkənin suverenliyinin bərpası üçün heç bir addım atmadığından narazı olduqlarını da bildiriblər.

O cümlədən, bir neçə il öncə İrəvanın “Zvartnos” beynəlxalq hava limanında sərhəd məntəqəsinin fəaliyyəti Rusiya Federal Təhlükəsizlik Xidmətinə həvalə olunub, bu isə yuxarıda qeyd edilən müqavilədə nəzərdə tutulmayıb və suverenliyin qanunsuz şəkildə hətta müttəfiq də olsa, yad bir dövlətə verilməsidir.

Bu mövqedən çıxış edərək erməni aktivistlər 1 mart 2018-ci ilədək “Zvartnos” beynəlxalq hava limanında nəzarət-buraxılış mənəqəsinin Erməni Sərhəd Qoşunlarının tam nəzarətinə keçməsini təqdim ediblər.

Həmçinin aktivistlər “31 dekabr 2018-ci ilədək 1 yanvar 2019-cu ilədək Ermənistan-İran sərhəddinin nəzarətini bütövlükdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə təhvil verilmək üçün hazırlanması barədə Rusiya tərəfi ilə razılaşdırmağı” tələb edirlər.

“1 yanvar 2020-ci ilədək Ermənistan-Türkiyə sərhəddində tam nəzarətin erməni sərhəd qoşunlarına təhvili və Rusiya FTX Sərhəd Qoşunları rəhbərliyi ilə birgə bu ərazidə yerləşən sərhəd zastavalarının təhvil-təslimi planı və texniki şərtləri razılaşdırmaq” da aktivistlərin tələblərindəndir.

Həmçinin aktivistlər bəyanatda bu bəndin təmin edilməsi üçün zəruri olan xərclərin 2020-ci il büdcəsinə daxil olunmasını tələb edirlər.

Aktivistlərin fikrincə, belə fəaliyyət suverenlik şərtlərinin bərpasına və müdafiə resurslarının Naxçıvan tərəfindən strateji “Mehri istiqamətində Azərbaycan qüvvələrinin hücumu halında” daha güclü “müdafiə”nin təmin edilməsinə şərait yaradacaq.

“Əgər yuxarıda qeyd edilən təkliflər lazımi ünvandan cavablandırılmasa, biz aktiv etiraz aksiyası keçirmək hüququmuzu tələb edirik və cəmiyyət bundan yetərincə məlumatlıdır”, - deyə bəyanatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   Mehri  


Bizi "telegram"da izləyin