Erməni deputatdan sərt sözlər: "Vigen Sarkisyanı müdafiə naziri təyin edən şəxs günahkardır"

2018/01/received_2454091251483695_1516207615.jpeg
Oxunub: 4062     00:53     18 Yanvar 2018    
"Vigen Sarkisyanı müdafiə naziri təyin edən şəxs günahkardır".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu “Yelk” fraksiyasının deputatı Aram Sarkisyan müdafiə naziri Vigen Sarkisyanın yaralı əsgər Albert Dəlləkyanın xaricdə müalicəsi üçün pul toplanmasına dair "Facebook"dakı çağırışına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müharibə şəraitində olan ölkənin müdafiə naziri Vigen Sarkisyan özünü “Hayastan” fondunun əməkdaşı kimi aparır.

"Vigen Sarkisyan müdafiə naziri səviyyəsinə çatmayıb. Bu müddət ərzində orduda nə problem yaranıbsa, məktəblərdə pərdə və təbaşir pulu toplanan kimi, Vigen Sarkisyan çıxış yolunu pul toplamaqda görüb. Belə bir çağırışla müdafiə nazirinin çıxış etməsi qəbul olunmazdır. Müdafiə naziri hərbi qulluqçuların saglamlığının qorunması üçün höküməti, hakimiyyəti daim bu məqsədlə vəsait ayırmasını artırmağa məcbur etməlidir. Yoxsa cəmiyyəti 1000 dram buna, filan qədər buna görə pul verin deyə çağırış etməməlidir. Vigen Sarkisyan feysbuk açıqlamasından bir neçə dəqiqə sonra ciddi tənqidlərə məruz qaldı. Müxtəlif istifadəşilər ona irad bildirərək, nazirliyin vəzifəli şəxslərinin vaxtilə oğurladıqları milyonlarla pul hesabına əldə etdikiləri dəbdəbəli avtomobillərini, mənzillərini, mal varlığını, xatırlatdı. Müzakirələr virtual qarşıdurmalarla müşayiət olundu. Vigen Sarkisyan tənqidçilərdən birini “dilənçi” adlandırmaqdan da çəkinmədi", -deyə erməni deputat bildirib.

Aram Sarkisyan ictimai tənqidi qəbul etməyə belə hazır olmayan Vigen Sarkisyanın hərəkətindən təəcübləndiyini bildirib.

"Onun tərcümeyi halına baxırsan, mütəxəssis olduğunu düşünürsən. Ancaq məlum olur ki, heç ictimai tənqidi qəbul etməyi bacarmır. O, siyasi xadim deyil. Onu müdafiə naziri təyin edən şəxs günahkardır. Müdafiə naziri hərbi qulluqçuya yardım edənlərə təşəkkür edə bilər, lakin dövlət mövcud olduğu halda, əsgərə pul toplayın demək qəbul olunmazdır. Maraqlıdır ki, yardım edilməsi üçün xahiş edilən əsgər rəqib tərəfindən deyil, ordunun daxili problemu ucbatından yaralanıb. Bu halda müdafiə nazirliyi məsələni daha tez və qalmaqalsız həll etməyə borclu idi. Zabit tərəfindən vurulan əsgərin müalicəsi elə təşkil edilib aparılmalı idi ki, valideynlərinin heç qonşuya da ağız açmağa ehtiyacı qalmazdı", - deyə erməni deputat sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sarkisyan   Hayastan  


Bizi "telegram"da izləyin