Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, sərhədyanı kəndlərdə problemlərin həlli məqsədilə qurumlar arası birgə komissiya yaradılıb. Bu komissiyaya qurumların rəhbərlərinin müavinləri daxildir. Komissiyanın sədri isə Ermənistan müdafiə naziri Vigen Sarkisyandır.
Yeni iş sahələrinin yaradılması havadan asılı vəziyətdə qalıb və bir çox sahibkarlar çıxılmaz vəziyyətə düşüblər.
Belə ki, ilkin əldə edilən razılıqlara əməl edilmir. Tavuş vilayətinin Azərbaycanla ən uzun sərhəddi olan Koti kəndi digər yaşayış sahələri kimi boşalma təhlükəsi qarşısında qalıb. Sərhəddən 1 km uzaqlıqda olan sahədə ət konservləri zavodu inşa olunub. Bu zavodun rəhbəri Rudik Qancalyandır. O, digər qardaşları ilə birlikdə İrəvanda ət konservləri istehsalı zavodunun sahibi olsa da, kənddə belə bir müəssisə açmaq istəyib.
İstehsal olunan məhsulların müdafiə nazirliyinə satılmasına dair razılıq əldə edilib. Lakin bir neçə gün öncə məlum olub ki, müdafiə nazirliyi müqavilə bağlamaqdan imtina edib. Artıq təminata dair müqavilə bağlanılmalı olduğu halda, bu layihədən imtina edilir. Zavod rəhbəri Rudik Qancayan bunun səbəbini başa düşmədiyini qeyd edir. Zavodun məhsullarından hökumətin imtina etməsindən yuxarıda qeyd olunan komissiyanın sədri kimi, Vigen Sarkisyanın məlumatlı olub-olmadığı sahibkarı olduqca çox maraqlandırır.
Sahibkarın sözlərinə görə, onların istehsalı Avrasiya Birliyi tələblərinə tam cavab verir. Müəssisə yeni yarandığı üçün tenderlərdə iştirak edə bilməzdi, ona görə də “Xalq-Ordu” layihəsi çərçivəsində hökumət xüsusi qərar qəbul etməli idi. Bu qərara görə, istehsalın bir hissəsi orduya yönəlməli idi, bu isə faktiki olaraq rədd edilib.
Məhsullarını orduya ixrac edəcəyinə görə böyük miqdarda kredit götürdüyünü və müəssisənin imkanlarını genişləndirdiyini deyən sahibkar, hazırda çətin vəziyyətə düşdüyünü bildirir. Bir neçə ay öncə hökumət tərəfindən əməkdaşlığa rədd cavabı verilsə də hələ də zavod rəhbərliyinə yazılı məlumat verilməyib. Sərhədyanı yaşayış məntəqəsində sahibkar faktiki olaraq, 5 sabit iş sahələri yaratsa da indi bunun təxirə salınmasına məcbur olduğunu bildirib. Vəziyyət dəyişdiyinə görə, iş yeri gözləyən kənd sakinləri artıq Ermənistanı tərk etməyə bilet alıblar.
Alpər Mövludoğlu
Ordu.az