Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında “Yelk” fraksiyasının rəhbəri Nikol Paşinyan deyib.
"Problem ondadır ki, əgər zabit tərxis olursa faktiki olaraq siyahıdan silinir və başqa bir siyahıya daxil edilir. Bu o deməkdir ki, 20-25 il xidmət etməsinə baxmayaraq, mənzil almaq hüququnu itirir", - deyə Paşinyan qeyd edib.
O, parlamentə bu problemlə bağlı daxil olan məktubları oxuduğunu və insanların bunu xəyanətkarlıq adlandırdıqlarını qeyd etdiyini bildirib.
Fraksiyasiya rəhbəri qeyd edib ki, Ermənistanda milli təhlükəsizlik və ölkənin müdafiəsi haqqında tez-tez danışırlar. Lakin ölkənin müdafiəsi yalnız ordu üçün yeni silahlar almaqla deyil, həm də ordunun keçmiş zabitlərinin mənzil problemlərinin həll olunmasından ibarətdir.
Alpər Mövludoğlu
Ordu.az