Azərbaycan və Pakistan arasında hərbi danışıqlar aparılır

2018/01/34534_1516182796.jpg
Oxunub: 1726     17:52     17 Yanvar 2018    
Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, İşçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici əlaqələr İdarəsinin rəisi general-mayor Muhammad Şafiq rəhbərlik edirlər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki dövlətin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Pakistan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin