Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya xarici işlər nazirinin Yaxın Şərq və Şimali Afrika üzrə müavini Alister Bert bəyan edib.
Bert bu sözləri Londonda Suriyada silahlı münaqişənin tənzimlənməsində maraqlı olan müxalifət qüvvələrinin birləşmiş nümayəndələrindən ibarət nümayəndə heyətini qarşılayarkən bildirib.
“Biz bu böhranla əlaqədar olaraq 2,5 milyard funt sterlinqə yaxın humanitar yardım ayırmışıq. Deeskalyasiya üzrə öhdəliklərə baxmayaraq Şərqi Quta və İdlib ərazilərində baş verən gadisələr məni narahat edir. Son həftə ərzində hücumlar nəticəsində yüzlərlə insna ölüb, on minərlə insan köç edib, xəstəxana və digər vətəndaş infrastrukturları dağılıb”, - deyə Bert vurğulayıb.
Ağalar Qəribov
Ordu.az