Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan müdafiə naziri Vigen Sarkisyan ABŞ-ın fövqəladə və səlahiyyətli səfiri Riçard Milsi qəbul edib.
Tərəflər erməni-amerika qarşılıqlı əməkdaşlığı çərçivəsində 2017-ci ildə müdafiə sahəsində görülən işləri nəzərdən keçirib və 2018-ci ildə əməkdaşlığın əsas istiqamətləri vurğulanıb.
Görüş zamanı 2018-ci ildə İrəvanda amerika-erməni ikitərəfli hərbi məsləhətləşmələrin keçirilməsi haqqında razılıq əldə edilib. Vigen Sarkisyan ordunun müasirləşdirilməsi istiqamətində 7 illik inkişaf proqramı çərçivəsində ABŞ-la əməkdaşlığında nəzərdə tutulduğu tədbirlər barədə qısa məlumat verib.
Görüşdə bölgənin təhlükəsizlyinə dair məsələlər də müzakirə edilib.
Xatırladaq ki, Vigen Sarkisyan buna qədər ABŞ səfirini 2017-ci ilin oktyabr ayında da qəbul edib.
Alpər Mövludoğlu
Ordu.az