Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 15-də İrəvanın Avan və Nor-Nork məhkəməsində Vazgen Sarkisyan adına hərbi institutda kursant Haykaz Bağmanyanın ölüm işi üzrə məhkəmə iclası davam edib.
Bu dəfə hərbi məktəbin zabiti mayor Davit Davtyan dindirilib. O, ölüm işində təqsirli bilinənləri onların komandiri olduğuna görə tanıdığını və xidməti münasibətləri olduğunu qeyd edib. Mayor Davtyan kursantın öldürüldüyü gün yəni 29 yanvar 2015-ci ildə hərbi hissədə olmayıb, baş verən hadisə barədə telefon vasitəsilə məlumat alıb. Maşınla təcili hadisə yerinə gələrək, həm qanlı çarpayı olan yerdə, həm də meyit aşkarlanan idman şəhərciyində olduğunu qeyd edib.
Mayor Davtyanın sözlərinə görə, hadisə baş verərkən telefonla cavabdeh şəxsə zəng edib, lakin onunla danışa bilməyəcəyini bildirdikdən sonra, Qnel Tevoyana zəng edib. Erməni mayor, atasının vəzifəsini nəzərə alaraq Qnel Tevoyanın onu aldatmayacağını düşündüyünə görə ona zəng edib. Ancaq Qnel Tevoyanda da heç nədən xəbəri olmadığını və hadisə barədə səhət tezdən bildiyini söyləyib.
Davtyan, Qnel Tevosyan tərəfindən torbaya bükülmüş halda atası Zarmik Markosyana naməlum əşya verdiyini xatırladıb. Əşyanın nə olduğunu müəyyən etmək mümkün olmayıb. Həmçinin erməni komandir əlavə edib ki, Qnel Tevosyan atasının mövqeyindən sui-istifadə edərək müvafiq sənədlər olmadan hərbi hissəni tez-tez tərk edib. Şahid mayor Davtyan məhkəməyə bildirib ki, Qnel Tevosyan atasının hərbi məktəbdəki mövqeyindən istifadə edərək, özünü çox pis aparır, sırtıq uşaq kimi davranırdı.
Kursantlardan Norik Ohancanyan bildirib ki, hadisə günü 3 nəfər otağa girərək Haykazı döyüb, ora-bura çəkişdiriblər. O, ölən kursant Haykazın səsini və onları söydüyünü eşitdiyini bildirib. Haykazı döyənlərdən birinin Qnel Tevosyan olduğunu görüb.
Qeyd edək ki, hadisə ilə bağlı 3 nəfər şahid dindirilməyib. Onlardan birinin ünvanı məlum deyil, biri Rusiyadadır, Norik Ohancanyan isə Qarabağda cəzaçəkmə müəssisəsində işlədiyini və gələ bilmədiyi barədə məlumat verib. Məhkəmə hər üç nəfərin məcburi məhkəmə iclaslarına gətirilməsi üçün qərar verib. Növbəti məhkəmə prosesi 22 yanvar tarixinə təyin edilib.
Xatırladaq ki, 29 yanvar 2015-ci ildə Ermənistanda hərbi institutun kursantı Haykaz Barseğyanın asılmış meyidi idman şəhərciyində aşkar edilib. Hadisə ilə bağlı qaldırılan cinayət işi çərçivəsində Qnel Tevoyan, Norik Sahakyan, Vaçe Sahakyan və Movses Azaryana qarşı ittiham irəli sürülərək həbs ediliblər. İttihama görə 2015-ci il 29 yanvar tarixində gecə saat 02:03 radələrində Ermənistan müdafiə nazirliyinin 24236 nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci batareyasının 408 nömrəli çarpayısında xüsusi amansızlıqla adları qeyd olunan kursantlar tərəfindən hərbi məktəbin digər kusantı Haykaz Barseğyan xuliqanlıq zəminində öldürülüb.
Alpər Mövludoğlu
Ordu.az