Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni hüquq müdafiəçisi Janna Aleksanyan müddətli xidmət hərbi qulluqçusu Albert Dəlləkyanın xaricdə müalicə alması üçün Ermənistan müdafiə naziri Vigen Sarkisyanın pul tolpanılması aksiyası təşkil etməsinə münasibət bildirib.
O, əsgərin erməni zabiti tərəfindən silahla ehtiyatsız davranışı nəticəsində yaralandığını xatırladaraq, həmin zabitin azadlıqda olduğunu qeyd edib.
"Azadlıqda olan zabit qüsursuz xidmət etdiyinə dair məhkəməyə sənəd təqdim edib. Ancaq 1 dəfə də olsun yaralı əsgərin vəziyyəti ilə maraqlanmayıb, ailəsinə baş çəkməyib", - deyə erməni hüquq müdafiəçisi bildirib.
Hüquq müdafiəçisi Janna Aleksyan qeyd edir ki, mən bu müraciətdə himayədarlıq elementləri görürəm.
"Həmin zabit atəş açıb, nəticədə əsgər başından yaralanıb, 1-ci qrup əlil olub. İndi isə deyirlər ki, zabit nümunəvi qüsursuz xidmət edir. Bu absurd bir izahdır. Müdafiə nazirliyi hərbi qulluqçuların həyatının təhlükəsizliyini təmin etməyə borclu olduğu halda, onun valideynlərinin maddi yardım edilməsi barədə müraciətini rədd edib.
Hakimiyyət elitası əsgərin adından sui-istifadə edərək, "vətənpərvərlik" nümayiş etdirir. Müdafiə naziri etiraf edir ki, qanunla yardım edə bilmərik. Məsələ, əgər əsgərin həyatından gedirsə bu nece qanundur? O zaman qanunu dəyişin, elə edin ki, belə əsgərlər dərhal müalicəsi mümkün olan xarici ölkələrə göndərilsin", - deyə Aleksanyan əlavə edib.
Qeyd edək ki, Ermənistan müdafiə naziri Vigen Sarkisyan öz "Facebook" səhifəsində yaralı erməni əsgəri Albert Dəlləkyanın xaricdə müalicə alması məqsədilə pul toplanmasına dair çağırış edib.
Xatırladaq ki, erməni əsgəri Albert Dəlləkayan 2016-cı il iyunun 24-də döyüş növbətçiliyində olan bölmənin qazmasında (blindaj) taqım komandiri tərəfindən silahla ehtiyatsız davranış nəticəsində açılan atəşdən yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az