Roma papası: “Nüvə müharibəsinin başlanmasından qorxuram”

2018/01/858x540456456_1516020996.jpg
Oxunub: 1665     20:55     15 Yanvar 2018    
“Nüvə müharibəsinin başlamasından həqiqətən qorxuram”.

Ordu.az ANSA agentliyinə istinadən xəbər verir ki, bu barədə Roma papası Fransisk Romadan Çiliyə uçuş zamanı jurnalistlərə etiraf edib.

“Bəli, mən həqiqətən də nüvə müharibəsinin başlamasından qorxuram. Biz uçurumun kənarındayıq. Müharibənin başlaması üçün hər hansı kiçik qığılcım yetərlidir. Belə bir addımın hər şeyi əsaslı şəkildə dəyişdirə biləcəyi təhlükəsi var”, - deyə Roma papası bildirərək əlindəki 1945-ci ildə Naqaski bombardmanından sonra orada baş verənləri əks etdirən şəkili göstərib.

Papa Fransisk bütün dövlətləri nüvəsizləşdirməyə və silahların məhv edilməsinə səsləyib.

Xatırladaq ki, bu gün Roma papası özünün Latın Amerikası ölkələrinə səfərini başlayıb. Rəsmi məlumata görə, Fransisk öncə Çiliyə (15-18 yanvar) səfər edəcək, ardınca isə yanvarın 21-dək Peruda olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa   Nüvə-müharibə  


Bizi "telegram"da izləyin