102-ci hərbi bazada MiQ-29-larla aviasiya təlimləri keçirilib

2018/01/234234_1516014519.jpg
Oxunub: 4307     19:06     15 Yanvar 2018    
Ermənistanda yerləşən Rusiyanın Erebuni hərbi aviasiya bazasında MiQ-29 qırıcılarının pilotları təlim-məşq uçuşları çərçivəsində şərti rəqibin hava hədəflərinin ələ keçirilməsi üzrə tapşırıqlar yerinə yetiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Pilotlar cüt və ardıcıl dayanaraq şərti rəqibin təyyarələrini təqlid edən sürətli hədəflərə dair tapşırıqları yerinə yetiriblər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, təlimlərdə 50-dən çox hərbi qulluqçu, 20-dən çox döyüş və aviasiya texnikası iştirak edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   MiQ-29  


Bizi "telegram"da izləyin