Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, çağırış sosial şəbəkə istifadəçiləri arasında isti müzakirələrin aparılmasına və Vigen Sarkisyanın ələ salınmasına səbəb olub.
"Facebook" istihfadəçiləri hər ay nazirliyə köçürülən pulların hara getdiyini, müdafiə nazirliyinin bir əsgəri belə müalicə etdirə bilməməsini və nəticədə niyə kasıb erməni xalqına müraciət etdiyini bildirərək Vigenə suallar ünvanlayıblar.
Vigen Sarkisyan isə öz növbəsində suallara əsəbi şəkildə cavab verib: "Boş şeylər haqqında danışmayın. İstəyirsiniz kömək edin. Məsləhətçilərə ehtiyyac yoxdur".
Xatırladaq ki, Ermənistan prezidenti və müdfafiə naziri dəfələrlə bəyanat verərək ordunun güclü olduğunu, əsgər ailələrinə lazımi diqqət göstərildiyini bildirir. Təbii ki, Sarkisyanın bu gün nazir kimi "Facebook" üzərindən xalqdan kömək istəməsi gülünc və rusvayçılıq olmaqla yanaşı, Ermənistan ordusunun əsl "gücünü" nümayiş etdirir.
Alpər Mövludoğlu
Ordu.az