Ermənistan MN təsdiq etdi: Hindistanla hərbi əməkdaşlıq edirik

2018/01/41565234234_1510814197345345_151435489843534_1516004538.jpg
Oxunub: 3041     16:21     15 Yanvar 2018    
Ermənistan Hindistanla hərbi əməkdaşlıq edir.

Ordu.az xəbər verir ki, Ermənistan müdafiə nazirliyi panarmenian.net saytının sorğusuna cavab olaraq, Ermənistanın Hindistanla beynəlxalq hərbi əməkdaşlıq həyata keçirdiyini təsdiqləyib.

Xatırladaq ki, Ermənistanın Hindistandan hərbi məqsədlər üçün DRDO istehsalı olan radarlar və uzaq məsafəli artilleriya mərmiləri almağı planlaşdırır.

Ermənistan müdafiə nazirliyi, müvafiq məlumatların dövlət sirri olduğunu bildirərək, Hindistandan əldə edilən silahlanma haqqında ətraflı məlumat verməyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin