Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün Florida ştatının Palm-Biç əhərindəki iqamətgahında jurnalistlərin suallarını cavablandırarkən bəyan edib.
“Görək, nə baş verir. Pxenyan və Seul arasında bir neçə əlavə görüş planlaşdırılıb. Ümid edirəm ki, onlarda hər şey alınar”, - deyə Tramp Pxenyanın nüvə təhdidinin məhvi üzrə ABŞ-ın hansı tədbirləri görməsi barədə sualı cavablandırarkən bildirib.
Lakin buna baxmayaraq, ABŞ prezidenti hər şeyin baş verə biləcəyini qeyd edib.
Ağalar Qəribov
Ordu.az