Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 12-də Ermənistan təhlükəsizlik xidmətinin general-mayoru Rafiq Vahanq Zarkaryan ölüb.
Məlumatda, erməni generalın ölüm səbəbi göstərilməyib.
Rafiq Zarkaryan 1948-ci ildə Üçmüədzin şəhərində anadan olub. 1977-ci ildə dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmət keçib və müxtəlif vəzifələrdə çalışıb. 1998-ci ildə hərbi anti-terror baş idarəsinin rəisi təyin edilib.
Alpər Mövludoğlu
Ordu.az