İŞİD-ə bağlı qrup Afrikada Fransa və ABŞ qoşunlarına hücum edib

2018/01/5541515482_1515865379.jpg
Oxunub: 4431     01:14     14 Yanvar 2018    
Qərbi Afrikadakı ABŞ və Fransa qüvvələrinə edilən hücum üçün məsuliyyəti İŞİD-ə bağlı radikal qrup öz üzərinə götürüb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Adnan Əbu Vəlidin rəhbərlik etdiyi qrup oktyabrda Nigerdə ABŞ qüvvələrinə edilən hücumun arxasında özlərinin dayandığını bildirib.

Xatırladaq ki, Nigerin Mali ilə sərhəd kəndi Tonqo Tonqodakı hücum nəticəsində 4 ABŞ, 4 Mali əsgəri həlak olub. Terrorçu qrup isə hadisədən 3 ay keçdikdən sonra bu iddianı irəli sürüb.

Eyni zamanda iki gün öncə 3 fransız əsgərin yaralanmasına səbəb olan hücumun da məsuliyyətini öz üzərinə götürüb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ.Fransa   İŞİD   Afrika  


Bizi "telegram"da izləyin