Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qiyamçıların "mətbuat katibi" Zəbiullah Mücahidin sözlərinə görə, yüzlərlə qoşunla qələbə çala bilməyən ABŞ bundan sonra da uğursuz olacaq.
"Yeni əsgərin yerləşdirilməsi propaqanda cəhdidir. Çünki, ABŞ və müttəfiqləri periodik olaraq ruhdan düşən əsgərlərini yenidən canlandırmağa məcburdurlar", - deyə o əlavə edib.
Qeyd edək ki, daha öncə Pentaqonun açıqlamasına görə, ölkədəki terrorizmlə mübarizə əməliyyatlarına dəstək və Əfqanıstan ordusuna təlim məqsədilə bölgəyə əlavə qoşunlar göndərəcək.
Ağalar Ağalarlı
Ordu.az