Ordu.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, yaradılan bölmə Ermənistan sülhməramlı briqadasının tərkibində "sülhməramlı" fəaliyyətlərdə iştirak edəcək. Sülhməramlı taqımın istintaq, hərbi avtomobil müfəttişliyi və qarovul xidməti qruplarından ibarət olduğu bildirilir.
Qeyd edək ki, Ermənistan son zamanlar NATO çərçivəsində sülhməramlı fəaliyyətlər adı altında özünün təcavüzkar simasını gizlətməyə çalışır. İşğalçı ölkə bu addımla beynəlxalq arenada özünə yalançı "sülhsevərlik" imicini formalaşdırmağa cəhd edir.
Alpər Mövludoğlu
Ordu.az