Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, məsələ ilə bağlı brifinq verən Pentaqonun mətbuat katibi Dana Vaytın sözlərinə görə, təlimlərin Qış Olimpiya oyunlarından sonra başlayacağı dəqiq olsa da, dəqiq tarix hələki aydın deyil.
Brifinqdə iştirak edən general-leytenant Kennet Makkenzi “gecikdirilmə” ifadəsini işlətməyəcəyini bildirib.
“ABŞ və Cənubi Koreya sadəcə Olimpiada ilə əlaqədar olaraq təlimlərin cədvəlini yenidən tənzimləməyə qərar verib desək, daha doğru olar”, - deyə o qeyd edib.
Ağalar Ağalarlı
Ordu.az