ABŞ-da yaşayan erməni Roman Lulecyan ov silahları üçün nəzərdə tutulmuş 506 ədəd gülləni, daha sonra ABŞ-dan beynəlxalq poçt nişanı ilə Ermənistanın dövlət sərhədindən Ermənistana keçirib.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, fakt Ermənistanın dövlət gəlirləri komitəsi tərəfindən gömrük yoxlaması zamanı aşkar edilib.
Roman Lulecyana Ermənistan qanunvericiliyinə əsasən cinayət işi qaldırılıb. Qanunvericiliyə əsasən bu kimi hallarda 2 ildən 6 ilədək azadlıqdan mərhumetmə cəzası nəzərdə tutulur.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: