"Permyakov qətli"nin əsas motivləri - 3 il keçir

2018/01/27_1515777709.jpg
Oxunub: 745     21:17     12 Yanvar 2018    
3 il öncə yanvarın 12-də Gümrüdə fövqəladə bir hadisə baş verdi. 102-ci bazada xidmət edən bir rus hərbçisi Gümrüdə yaşayan erməni ailəsinin 7 üzvünü öldürdü.

Ordu.az xəbər verir ki, rus hərbi qulluqçu Valeri Permyakov törətdiyi qətlin əsas səbəbinin 70-ci illərdə erməni terrorçuların törətdiyi qətliamlara cavab xarakteri daşıdığını bildirdi.

Haşiyə: 1977-ci il yanvarın 8-i 17:33-də Moskva metrosunun "İzmaylovskaya" və "Pervomayskaya" stansiyaları arasında qatarda partlayıcı qurğu işə salınıb. Bundan bir qədər sonra, saat 18:05-də SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin binası yaxınlığında yerləşən ərzaq mağazasında, 5 dəqiqə sonra isə Oktyabrın 25 illiyi, indiki Nikolskaya küçəsində yerləşən ərzaq dükanının yaxınlığında partlayış baş verir. Terror aktları nəticəsində 7 nəfər, digər məlumata görə, 29 nəfər həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1977-ci il oktyabrın sonunda terrorçular daha bir terror aktının keçirilməsini planlaşdıran zaman Akop Stepanyan və Zaven Baqdasaryan saxlanılıb. Məlum olub ki, terror aktlarının əsas təşkilatçısı və rəhbəri Stepan Zatikyandır, Baqdasaryan və Stepanyan isə icraçılardır. Dindirilmə zamanı onlar bildiriblər kİ, hədə-qorxu ilə Zatikyanın təsiri altına düşərək bu cinayətləri törədiblər. Zatikyan antisovet fəaliyyətinə görə həbsdə olarkən "millətçilik" ideyalarının əsirinə çevrilib və "erməniləri əzdikləri üçün" ruslardan intiqam almağa çağırıb.

Nəticədə, Permyakova qarşı xüsusi amansızlıqla 2 nəfərdən artıq şəxsi öldürmə, qanunsuz sərhəddi keçmə cəhdi maddələri üzrə Ermənistan qanunvericiliyinə uyğun cinayət işi qaldırılır.

Məhkəmə hökmünə görə, Permyakov ittiham olunduğu bütün maddələr üzrə günahkar hesab edildi. Beləliklə ölüm hadisəsinə görə ömürlük, xuliqanlıq maddəsinə görə 10 il, sərhəddi qanunsuz keçmə cəhdinə görə 2 il azadlıqdan mərhum edilməsinə dair qərar verilir. Onun cəzasına həmçinin Rusiya hərbi məhkəməsinin təyin etdiyi 10 illik cəza hökmü də əlavə edilir. Rusiya ilə Ermənistan arasında məhkumların mübadiləsinə dair 1998-ci il razılaşmasına əsasən Gümrü məhkəməsinin 2016-cı il 23 avqust tarixli qərarı çərçivəsində Permyakov 18 may 2017-ci ildə Rusiya Federasiyasına təhvil verilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Permyakov-qətli   102-ci-baza   Terror-aktı  

Xəbər lenti

"Permyakov qətli"nin əsas motivləri - 3 il keçir

2018/01/27_1515777709.jpg
Oxunub: 746     21:17     12 Yanvar 2018    