Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Hərbi qulluqçular təlim mərkəzindəki 1 aylıq məşğələlər boyunca taktiki, atəş, mühəndis hazırlıqları üzrə müxtəlif tapşırıqları icra ediblər.
Təlimlərə 500 hərbi qulluqçu və 100-dək xüsusi hərbi texnika, o cümlədən tank, artilleriya silah növləri, zenit raketləri, pilotsuz uçan aparatlar və kəşfiyyat kompleksləri, aviasiya cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az